Sədrin müraciyəti
fərdi yanaşma sənəti
Azərbaycanca   |    Русский    |    English
Xəbərlər


USD 0.7820 0.7860
EUR 1.0725 1.0941
RUR 0.0212 0.0221
GBP 1.3042 1.3306

Birja

Əziz dostlar

 

Xüsusi fərəh hissi ilə Sizə bildirmək istəyirəm ki, Azərbaycanın ən iri banklarından biri olan "Unibank" private banking sahəsində xidmətlərin təqdim edilməsinə yönəlmiş yeni bölmə - "Univip" bölməsini açmışdır. 

 

Biz, bank xidmətlərinin ən yaxşı standartlarını, kapitalın idarə edilməsində klassik ənənələri və bu sahədə yenilikləri müvəffəqiyyətlə uzlaşdıraraq, fərdi xidmətin gostərilməsinin keyfiyyətcə yeni səviyyəsinə və ən səmərəli maliyyə alətlərinə girişi təmin etməklə, Sizin var-dövlətinizi artırmağa hazırıq.

 

Bizim üçün hər bir müştəri təkrarolunmazdır. Məhz buna görə, bizim fəaliyyətimizin əsasını Sizin tələbatlarınızın dəqiq başa düşülməsi və onların həyata keçirilməsi təşkil edir. Bizim işimizdə ən mühüm olan - Sizsiniz, Sizin məqsədləriniz, maraqlarınız və meyllərinizdir. 

 

Bizim biznesin daha yaxşı ola biləcəyinə inanaraq, biz Sizin üçün ən faydalı qərarların təqdim edilməsində fərdi menecerlərin tam azad olduğu əlverişli bir mühit yaratdıq. 

 

Biz Sizə, Sizin kapitalınızın saxlanlımasına, mühafizə olunmasına və artırılmasına yönəlmiş xidmətlərin və məhsulların tam spektrini təklif etməyə hazırıq. Klassik bank məhsulları ilə yanaşı, Siz maliyyə planlaşdırılması, xarici maliyyə bazarlarına çıxış, aktivlərin idarə edilməsi sahəsində konsaltinq xidmətlərindən də istifadə edə bilərsiniz. Bundan əlavə, biz Sizə təyyarə biletlərinin və otellərdə nömrələrin bronlaşdırılması, daşınmaz əmlakın, bəzək əşyalarının və əntiq əşyaların əldə olunması sahəsində konsyerj xidmətimizdən istifadə olunmasını təqdim etməyə hazırıq. 

 

Biz əminik ki, müvəffəqiyyətin əldə edilməsi ancaq Sizin tələbatlarınızın dəqiq, düzgün və məxfi qaydada həyata keçirilməsi şərtilə mümkündür. Məhz bu amillər bizim işgüzar strateqiyamızın əsasını təşkil edir.


Univip-ə xoş gəlmişsiniz! 

 

Səmimi Sizin, 

 

Faiq Hüseynov 

 

"Unibank" Kommersiya Bankı,

İdarə Heyətinin Sədri.